Qayda pozanı saxlamağa gedir, özü daha betər qayda pozur - 99 YP 257 - VİDEO

Yol polisi 7 Yanvar 2019 18:05 Oxunub 3661
Qayda pozanı saxlamağa gedir, özü daha betər qayda pozur - 99 YP 257 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunun keşiyində duranlar ona daha çox əməl etməlidirlər

Sosial şəbəkələrdə paylaşılan videoya baxanda birmənalı olaraq hər kəs fikirləşir ki, "qanunun keşiyində duranlar ona daha çox əməl etməlidirlər". Amma videogörüntü bunun əksini göstərir. Yanvarın 5-də, saar 18:39 radələrində "Sədərək" Ticarət Mərkəzinin qarşısındakı dairədə 99 YP 257 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin sürücüsü əvvəlcə dairədə dönmə işığını yandırmadan və sağ zolaqdakı avtomobil ilə arasındakı məsafəni nəzərə almadan zolağı təhlükəli şəkildə deyişir. Bundan sonra isə yenə də ondan da betər təhlükə yaradaraq ən sol zolaqdan sağa dönür və buz aman yenə də dönmə işığından istifadə  etmir.

Videodan məlum idi ki, DYP əməkdaşı bütün bu təhlükəli hərəkətləri qayda pozan hansısa sürücünü saxlamaq üçün edir. Amma özü o sürücüdən də betər qaydaları pozur və digər hərəkət iştirakçılarına təhlükə yaradır.
Avtosfer.az görüntüləri təqdim edir.

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh