Həyatla ölüm arasında velosiped sürdü – VİDEO

Maraqlı 25 Fevral 2015 18:09 Oxunub 1994
Həyatla ölüm arasında velosiped sürdü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rumıniyalı bu hərəkəti o qədər təkrarlayıb ki, artıq  hündürlükdə ən təhlükəli performansları sərgiləyən insandır

Həyatla ölümün sərhədində bir təkərli velosiped sürdü.  Rumıniyalı Flaviu Çerneskunun son  çıxışını başqa sözlə ifadə etmək bir az çətindir. Onun  heç bir təhlükəsizlik tədbiri görmədən velosiped sürdüyü yolun bir  tərəfi  166 metr dərinliyi olan uçurum, bir tərəfi isə insanların sərbəst hərəkət etdiyi asfaltdır. Avtosfer.az atvxəbər-ə istinadən bildirir ki, 31 yaşlı Flaviu hər zaman öz qeyri- adi və təhlükəli şouları ilə gündəmə gəlib və öz cəsarəti ilə dünya şöhrəti qazanıb. Amma bu dəfə o, bu günə qədər sərgilədiyi hərəkətlərdən daha təhlükəlisini gerçəklləşdirib. Ölkənin ən hündür su anbarının hüdudlarında bir təkərli velopised sürməyə qərar verən gəncin məşqi də izləyənləri vahimələndirməyə kifayət edir. Uçurumdan yıxılacağı təqdirdə, Çerneskunu ölümdən heç nə xilas etməyəcəkdi. O isə bu təhlükəyə baxmayaraq,  uçurumun  sıfır  nöqtəsində  kəndirbaz  kimi  kürələrlə oynayıb. Daha sonra birtəkərli velosipedlə incə körpü üzərində gəzməyə başlayan Çernesku  ölüm təhlükəli  hərəkəti uğurla başa vura bilib. Maraqlısı isə odur ki, Flaviu Çernesku əslində hər zaman hündürlükdən qorxub. O bu qorxuya qalib gəlmək üçün hündür məkanlara çıxıb. Rumıniyalı bu hərəkəti o qədər təkrarlayıb ki, artıq  hündürlükdə ən təhlükəli performansları sərgiləyən insandır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh