Macarların əksəriyyətinin yalnız köhnə avtomobil almağa gücü çatır
Avtodünya 8 Yanvar 2019 23:34 220 dəfə oxunub
Macarların əksəriyyətinin yalnız köhnə avtomobil almağa gücü çatır
Ölkədə ən iri avtomobil bazarı işlədilmiş avtomobillər bazarıdır

Macarıstanda avtomobillərə tələbat artır. Eyni zamanda, adamların əksəriyyəti köhnə avtomobil axtarır. Ucuz avtomobillər kateqoriyasında "Suzuki Swift" və "Ford Focus" kimi modellər daha populyardır. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, 2018-ci ilin ilk üç rübü ərzində 104.617 yeni avtomobil satılıb. Bu, əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə 26,5 faiz çoxdur. Köhnə avtomobillərin idxalı 4 faiz artıb. Sentyabrın sonuna qədər 573.722 köhnə avtomobil yeni sahibini tapıb. Bu, 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,7 faiz çoxdur. Beləliklə, ölkədə ən iri avtomobil bazarı işlədilmiş avtomobillər bazarıdır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh