Qəzada yaralanan gənc yerinə robot göndərdi – VİDEO

Maraqlı 24 Fevral 2015 15:16 Oxunub 1751
Qəzada yaralanan gənc yerinə robot göndərdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müəllimlər isə bir robota dərs keçməkdən narazı deyil

Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, Avtomobil qəzasında yaralanan gənc öz dərsə gələ bilmədi, yerinə rotobu göndərdi. ABŞ-ın Pensilvaniya ştatında yaşayan bir tələbə texnologiyanın köməyi ilə həm ali məktəbdəki davamiyyətini qoruyub, həm də dərslərdə iştirak edə bilib. Koul Frits adlı tələbə qəzada aldığı sınıq xəsarətlərinə görə kollecə gedə bilmir. Bununla belə, o internet vasitəsilə bir robotu yönləndirərək, onu öz əvəzindən sinif otaqlarına göndərir. Bu robotun vasitəsilə hansı dərsin keçildiyini, evə hansı tapşırıqların verildiyini  müşahidə edən Frits beləliklə ev şəraitində dərslərini qavraya bilir. Robotun başı iki ekranlı monitordan ibarətdir. Bu monitorlarda elə Koul Fritsin öz sifəti əks olunub. Monitorların lentə aldığı görüntünü dərhal qəbul edən tələbə, bir növ canlı yayımla kollecdə baş verənləri izləyir. O hətta bu robot vasitəsilə sinif yoldaşları ilə söhbət edir, dostları ilə hal-əhval tutur. Müəllimlər isə bir robota dərs keçməkdən narazı deyil.  Əgər bu robot başqa bir tələbənin elm öyrənməsinə şərait yaradırsa, niyə də olmasın. O ki, qaldı  öz əvəzinə robotu dərə göndərən tələbəyə, həkimlər deyir ki, Koul Frits  martın əvvələrindən etibarən dərslərdə iştirak edə biləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh