Azərbaycanlı gənc “Caspian” adlı avtomobil dizaynı hazırladı - FOTO

Avtodünya 8 Yanvar 2019 22:46 Oxunub 2983
Azərbaycanlı gənc “Caspian” adlı avtomobil dizaynı hazırladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Modelin vizual görüntülərini 3D MAX proqramında Tamerlan Qəribov və Ağa İsmayılzadə işləyib

Azərbaycanlı gənc yeni avtomobil modelinin dizaynını hazırlayıb. “Caspian” adlanan avtomobil modelinin layihə rəhbəri və dizayneri Ramil Nəcəfovdur. O, 1992-ci ildə Şəkidə anadan olub. Modelin vizual görüntülərini 3D MAX proqramında Tamerlan Qəribov və Ağa İsmayılzadə işləyib. Avtosfer.az xəbər verir ki, dizayner Ramil Nəcəfov Azərtac-a bildirib ki, bu modeldə həcmi 1600 və 1700 kubsantimetr olan, 130-150 at gücündə və 5-6 slindirli müasir mühərriklər tətbiq oluna bilər. Həmçinin ABC əyləc sistemindən istifadə olunması da mümkündür. Ön və arxa stop lampaların müasir led-işıqlanma ilə təchiz olunması nəzərdə tutulur. “Caspian”ın loqosunda qartal təsviri və dəniz dalğası həkk olunub. Ramil Nəcəfovun sözlərinə görə, bu layihə təkmilləşdirilərək gələcəkdə yerli avtomobil sənayesinə, həmçinin dünya bazarına çıxarıla bilər. Bunun üçün investisiya lazımdır. O, bu layihəni işləməklə Azərbaycanda, eləcə də Xəzəryanı dövlətlərdə avtomobil istehsalı ilə məşğul olan şirkətlərin, investorların diqqətini çəkmək istəyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh