Sürücülər ikiqat cərimələnə bilərlər - VİDEO

Avtoxəbər 17 May 2014 23:23 Oxunub 2460
Sürücülər ikiqat cərimələnə bilərlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtdakı parkomatlar necə işləyir?

Bundan sonra avtomobillərinizi harada gəldi, necə gəldi saxlaya bilməyəcəksiniz. ANS-in məlumatına görə, artıq maşınları saxlamaq üçün yerlər müəyyənləşib. Avtomobillərinizi təyin olunan yerdə saxlayıb gedərkən çalışın alman dəqiqliyinə riayət edəsiniz. Çünki, lazim olan vaxtdan gec maşınınızı dayanacaqdan götürsəniz, o zaman cərimə olunacaqsınız. Hazırda Dövlət Yol Polisi və Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin birgə səyi nəticəsində müəyyən olunan küçələrin sağ və sol hissələrində avtomobillər üçün bircərgəli müvəqqəti dayanacaqlar yaradılır. Burada avtomobilləri saxlamaq ödənişlidir. Sürücülər isə müəyyən olunan yerlərdə maşın saxlayarkən mütləq dəqiqəni müəyyənləşdirməli və buna uyğun olaraq ödəniş etməlidir. 

Avtomobilləri müvəqqəti dayanacaqda maksimum 4 saata qədər saxlamaq olar. Ödəniş hər saat üçün 1 AZN müəyyən edilib. Ödəniş etdikdən sonra qəbz götürülür və maşının üzərinə vurulur. Əgər avtomobil dayanacaqda müəyyənləşdirilən dəqiqələrdən artıq saxlanılarsa, növbəti saat üçün cərimə 1 saat ərzində mütləq ödənilməlidir. Əks təqdirdə sürücü ikiqat cərimə olunacaq və bu barədə bildirişlər avtomobillərin üzərinə yapışdırılacaq. Elə ödənişli dayanacaqların xidmətindən istifadə edənləri də narazı salan məqam məhz budur. 

Sürücü Həmin Cəfərov deyir ki, əslində bu cür ödənişli xidmətlərin olması yaxşıdır: “Çünki avtomobili saxlayanda əmin olursan ki, evakuator gəlib aparmayacaq. Amma bir mənfi cəhəti odur ki, məsələn, 1 saatdan beş dəqiqə artıq saxlayanda cərimələyirlər, o cərimənin də məbləği yüksəkdir”.

Ödənişlər əsasən dayanacaqlarda quraşdırılmış parkomatlar vasitəsilə həyata keçirilir. Parkomata yaxınlaşan sürücü ilk olaraq bu düyməni sıxır və ekran açılır. Sonra bir düməsini sıxır və atomobilin dövlət nömrə nişanını daxil edir. Daha sonra yaşıl düymə sıxılır. Seçdiyiniz saata uyğun olaraq məbləği qəpiklə gördüyünüz hissəyə daxil edirsiniz və yaşıl düymə sıxılır və dərhal çek çap olunur. Parkomatlardan istifadə təkcə nəğd ödənişlə aparılmır. 

Parkomatların yanında xüsusi geyimli nəzarətçilər sürücülərə ödənişi etməklə yanaşı avtomobili saxlamasına da köməklik göstərirlər. İlin sonuna kimi paytaxtın müxtəlif küçəsində min belə parkomat quraşdırılacaq. Məqsəd isə paytaxtın tıxac probleminin aradan qaldırılmasıdır.

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh