"NZS" qəsəbəsinin yolu bərbad vəziyyətdədir - Tədbir görüləcəkmi? - VİDEO
Oxucu məktubları 8 Yanvar 2019 23:31 97 dəfə oxunub
"NZS" qəsəbəsinin yolu bərbad vəziyyətdədir - Tədbir görüləcəkmi? - VİDEO
Böyük yaşayış məntəqəsinin əsas yolu baxımsız haldadır

Paytaxtın əsas prospektləri sayılan Babək və Nobeli birləşdirən yol bərbad vəziyyətdədir. Avtosfer.azməlumatına görə, söhbət Xətai rayonunda "NZS" adlandırılan qəsəbədən gedir. Qəsəbənin içindən keçən əsas yol gündən-günə bərbad vəziyyətə düşür. Qış ayları olduğundan yolda yaranan çuxurlar da getdikcə dərinləşir. Sözügedən yol həm də paytaxtın iki böyük prospektini birləşdirir. Yolun bu halda olması sürücüləri vaxt itkisi ilə yanaşı, maddi ziyana da salır. Qəsəbə sakinləri deyirlər ki, yola yığılan su təkcə yağış suyu deyil, yol kənarından keçən şirin su borusu da hərdən partlayır.

Məsələyə münasibət bildirən Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirdi ki, həmin yol tədbirlər planına salınıb və bu il orada əsaslı şəkildə təmir-bərpa işləri aparılacaq.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh