Toqquşsa parça-parça olacaq, amma yenə də "uçur" - VİDEO

Avtoreyd 9 Yanvar 2019 00:44 Oxunub 4436
Toqquşsa parça-parça olacaq, amma yenə də "uçur" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə sürücülər potensial təhlükə mənbəydir

Bir dönüb heç bir təhlükəsizlik standartlarına cavab verməyən avtomobilinə baxırsan, bir də yaşatdığı təhlükəyə. Amma hiss edirsən ki, onun üçün ölməklə yaşamaq arasında elə də ciddi bir fərq yoxdur. Məsələ burasındadır ki, o özü heç, axı, başqaları da zərər görəcək...
Videonu Avtosfer.az-a göndərən oxucumuz hadisənin stresindən hələ də özünə gələ bilmədiyini bildirir. Deyir ki, dekabrın 7-də, saat 16:51 radələrində 10 OF 980 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü Zabrat-Kürdəxanı yolu istiqamətində avtomobili əks istiqamətə çıxmaqla demək olar ki, düz əks yoldan gələn avtomobilin üzərinə sürüb. Oxucumuz bildirir ki, son anda qəzadan yayına bilib.
Hərəkət sürətlərini nəzərə alsaq ağır faciə, bəlkə də ölüm halı qaçınılmaz idi. Sürücü artıq bu barədə DYP-yə rəsmi şikayət edib. Bizdən də xahiş etdi ki, hadisənin işıqlandırılıb sürücünün tapılıb cəzalanmasında dəstək olaq.
Ümid edirik ki, DYP rəsmiləri bu sürücünü ən qısa zamanda tapıb cəzalandırar. Yoxsa onun bu cür avtomobil idarə etməklə başqalarının ölümünə səbəb olması qaçınılmaz olacaq. 
Avtosfer.az görüntüləri təqdim edir. 

 

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh