Kürdəmirdə yük maşını aşdı: yol qısamüddətli bağlanıb - VİDEO

Qəzalar 9 Yanvar 2019 16:24 Oxunub 1025
Kürdəmirdə yük maşını aşdı: yol qısamüddətli bağlanıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Kürdəmir rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini, 1984-cü il təvəllüdlü Tərxan Vahid oğlu Məmmədovun idarə etdiyi "KamAZ" markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə yük maşınındakı mişar daşları asfalta dağılıb və yol qısa müddətdə birtərəfli qaydada bağlanıb. Hərəkət yalnız xüsusi texnikanın köməkliyi ilə bərpa olunub.

Hadisə nəticəsində sürücü xəsarət alıb və ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh