Sürücü yolu tapa bilmədi, yol polisinə müraciət edib bu VİDEOnu yaydı

Yol polisi 10 Yanvar 2019 00:30 Oxunub 2250
Sürücü yolu tapa bilmədi, yol polisinə müraciət edib bu VİDEOnu yaydı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsl Azərbaycan polis budur

Xaric ölkələrdə polislə bağlı baş verənlər Azərbaycanda da olur, amma bunu görmək istəməyənlər və ya görüb, özünü görməzliyə vuranlar çox olur. Belələri imkan düşdükcə ancaq xaricdə polisin vətəndaşa xoş münasibətindən danışır, bizim polisi isə gözdən salmaq üçün hər cür uydurmaları həqiqət kimi qələmə verirlər. Özü daran düşəndə isə polisə üz tutur. Əslində, belə də olmalıdır. Polis bizim hər birimizin güvənc yeridir və təhlükəsizliyimizi qoruyurlar. Elə bu videoda da həmin məsələ əksini tapır. Belə ki, Qax rayonunda yol polisinin sürücüyə kömək etməsi həmin şəxsin belə bir video yaymasına səbəb olub. Əvvəllər vətəndaşlar polislə bağlı ancaq mənfi videoları yayırdılarsa, indi polisin müsbət hərəkətlərini yayanlar da var. Çünki bu cür videoları yayan saytlar, televiziyalar var, ən əsası isə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin sosial şəbəkələrdə (Facebook, İnstagram, Youtube) səhifələr yaratması vətəndaşların da marağına səbəb olub və maraqlı videolar, foto və məlumatlar birbaşa DİN-ə ünvanları. Avtosfer.az-ın təqdim etdiyi bu videonu da vətəndaş özü nazirliyə göndərib. Sürücü bildirib ki, Qaxa istirahətə gedib, lakin gedəcəyi ünvanı tapa bilməyib. Bu zaman sürücü yolda xidmət aparan yol polisi əməkdaşlarına müraciət edib. DYP əməkdaşları patrul maşını ilə həmin sürücünü gedəcəyi yerə qədər müşaiyət ediblər. Sürücü DİN rəhbərliyinə və polislərə təşəkkür edərək “Əsl Azərbaycan polis budur” deyə, bildirib.
Həmin görüntüləri təqdim edirik:

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh