Sürücülər Babək prospektində yeni qaydalara öyrəşə bilmir – VİDEO

Yazarlar 10 Yanvar 2019 01:04 Oxunub 3141
Sürücülər Babək prospektində yeni qaydalara öyrəşə bilmir – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üçü geri dönüş zolağında düzünə hərəkət edir, biri birbaşa ikinci zolağa dönür

Babək prospektinin təmirindən sonra həmin yoldan qayda pozan sürücülərin videogörüntüləri Avtosfer.az-a tez-tez göndərilir. Bəzi sürücülər dönmə radiusunu düzgün hesablamadığından geriyə dönüş zamanı birbaşa soldan ikinci zolağa dönür. Elə 10 SE 775 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü də həmin kateqoriyaya aid olanlardandır. O, dekabrın 6-da, saat 16:10 radələrində geriyə dönüş zamanı radiusu düzgün hesablamadığı üçün birbaşa ikinci zolağa dönür və digər hərəkət iştirakçısına əməlli-başlı təhlükə yaradır.
Dekabrın 9-da, saat 08:29 radələrində isə 10 AV 085 dövlət qeydiyyat nişanlı "Priora",  99 HZ 509 dövlət qeydiyyat nişanlı "Toyota” və dövlət qeydiyyat nişanı görüntüdən məlum olmayan "Mitsubishi" markalı avtomobilin   sürücüləri isə zolaqlar üzrə yolun asfalt örtüyünə nişanlar çəkilməsinə, yuxarıdan tablolar asılmasına baxmayaraq geriyədənmə zolağından düzünə hərəkət edirlər.
Xatırladaq ki,  4 sürücünün hər birinə İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat cərimə tətbiq olunmalıdır. 
Avtosfer.az görüntüləri təqdim edir.

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh