"Ferrari"lər Bakıda - FOTOLAR

Avtobazar 17 May 2014 23:31 Oxunub 2046
"Ferrari"lər Bakıda - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda məşhur və bahalı maşınların dillerinin açılışı olub

Məşhur və bahalı "Ferrari" maşınları Bakıda. Azərbaycanda ilk rəsmi "Ferrari" dilerinin və "Ferrari Store" brendinin açılışı olub. Ferrari Showroom & Store Üzeyir Hacıbəyov, 57 ünvanında yerləşir. Dilerə həmçinin Servis Zonası da daxildir. Bu isə "Ferrari Azərbaycan"a dünya səviyyəli satış və satış sonrası xidmət göstərməyə imkan yaradacaq. Saloda 7 avtomobil yer alıb. Hazırda Azərbaycanda Ferrari-nin Avtolux Azerbaijan tərəfindən təqdim olunan üç modeli mövcuddur.

Qeyd edək ki,"Ferrari" nin dünyanın 62 bazarında nümayəndəsi var. Sərgi salonu, Mağaza və Servis Zonasının unikal strukturu sayəsində "Ferrari"nin qeyri-adi irsini, eksklüzivliyini, innovativ texnologiyalarını və dizaynını daha geniş kütləyə çatdırmaq mümkün olacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh