İspaniyada təyyarə qəzası: ölən var

Qəzalar 10 Yanvar 2019 07:13 Oxunub 629
İspaniyada təyyarə qəzası: ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarənin heyət üzvlərindən birinin cəsədi tapılıb

İspaniyada qəzaya uğramış təyyarənin heyət üzvlərindən birinin cəsədi tapılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Basklar ölkəsinin Fövqəladə Xidmətlərinin əməkdaşları bildiriblər.

Qeyd edək ki, təyyarə ölkənin dağlarında, günorta saatlarında qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 2 heyət üzvü olub. Lakin onların aqibəti məlum deyildi. Bir qədər sonra heyət üzvlərindən birinin cəsədi aşkarlanıb.

***21:31

İspaniyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə "Europa Press" xəbər verir. Basklar ölkəsi muxtar vilayəti polisinə istinadən verilən məlumata görə, qəza ölkənin şimalında qeydə alınıb. Hadisə zamanı təyyarədə 2 nəfər olub. Polis bir neçə saat sonra təyyarənin qalıqlarını Ernio dağlarında aşkar edib. Lakin təyyarənin heyət üzvlərinin yeri məlum deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh