İki avtomobil toqquşdu: xəsarət alanlar var - Saatlıda

Qəzalar 10 Yanvar 2019 07:22 Oxunub 632
İki avtomobil toqquşdu: xəsarət alanlar var - Saatlıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Saatlı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında, Qaranur kəndi ərazisində qeydə alınıb. İki minik avtomobilin toqquşması Qaranur kəndinin sakinləri - 1969-cu il təvəllüdlü Əliyev Nihat Abbasəli oğlu və Əhədov Valeh Heydər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Əhədovun vəziyyəti ağır olduğundan onun Bakıdakı xəstəxanalardan birinə göndəriləcəyi gözlənilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh