Prezident cərimələrlə bağlı yeniliyi təsdiqlədi – Süründürməçiliyə SON!

Avtoxəbər 25 Fevral 2015 01:14 Oxunub 5386
Prezident cərimələrlə bağlı yeniliyi təsdiqlədi – Süründürməçiliyə SON!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiq edib. Avtosfer.az-ın məlumatına görə, bu məcəllənin müvafiq maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndəriləcək. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin müvafiq maddəsində nəzərdə tutulmuş qaydada məlumat veriləcək.

Qanunda o da qeyd olunur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərəcəklər.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh