14 avtomobil bir-birinə girdi: 1-i hamilə olmaqla, 4 nəfər xəsarət alıb – VİDEO

Avtosfer Foto 10 Yanvar 2019 10:50 Oxunub 2617
14 avtomobil bir-birinə girdi: 1-i hamilə olmaqla, 4 nəfər xəsarət alıb – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Samsun əyalətində 14 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində bir hamilə olmaqla, 4 nəfər xəsarət alıb. Alınan ilkin məlumata görə, yolun həddindən artıq sürüşkən olması səbəbindən sürücüsü hələlik müəyyən olmayan motosiklet aşıb. Arxadan gələn avtomobil isə motosikleti vurmamaq üçün əyləcə basıb. Sonra gələn digər 13 nəqliyyat vasitəsi bir-birinə çırpılaraq dayana bilib.

Hadisə yerinə gələn tibb əməkdaşları yaralıları Qazi Dövlət Xəstəxanasına və Samsun Təhsil və Araşdırma xəstəxanasına aparılıblar. Yaralıların vəziyyətinin kafi olduğu bildirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh