"Peugeot" və "Citroen" avtomobilləri geri çağırılıb

Avtoxəbər 10 Yanvar 2019 22:24 Oxunub 1260
"Peugeot" və "Citroen" avtomobilləri geri çağırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək

"Pejo Sitroen Rus" şirkəti Rusiyada 3 minə yaxın "Peugeot" və "Citroen" avtomobilini geri çağırıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu qərar avtomobillərdə bır sıra problemlərlə, əyləc sistemində və arxa qapıların bərkitmə sistemində qeydə alınan qüsurlarla bağlıdır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin dekabrından 2016-cı ilin sentyabrınadək Rusiyada satılmış "Citroen C4 Aircross" və "Peugeot 4008" modellərinə şamil olunur.

Qeyd olunur ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh