Bakıda zəncirvari yol qəzası: ölən var

Qəzalar 10 Yanvar 2019 13:04 Oxunub 662
Bakıda zəncirvari yol qəzası: ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəzər rayon Polis idarəsi tərəfindən araşdırma aparılır

Xəzər rayonunda yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, yanvarın 9-da saat 10 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Məhərrəm Bənnayevin idarə etdiyi “Hyundai”, Fail Məmmədovun idarə etdiyi “KamAZ” və İmran Eyvazovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə M.Bənnayev xəstəxanaya aparılarkən yolda ölüb. Xəzər rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh