Polisidən qaçan sərxoş sürcü hidravlik bariyerlərə çırpıldı - VİDEO
Avtosfer TV 11 Yanvar 2019 00:15 628 dəfə oxunub
Polisidən qaçan sərxoş sürcü hidravlik bariyerlərə çırpıldı - VİDEO
Xəsarət alan sürücü polis əməkdaşları tərəfindən həbs olunub

Sosial şəbəkədə Belçikanın Roeselare şəhərində yol polisidən qaçaraq hidravlik bariyerlərə çırpılan sürücünün görüntüləri yer alıb. Belə ki, yol polisi tərəfindən saxlanılması istinənilən 24 yaşlı polşalı sərxoş sürücü qaçmağa başlayıb.

Ara küçələrdə izini itirmək istəyən sürücü, girdiyi bir küçədə sürətlə hidravlik bariyerlərə çırpılıb. Çırpılmanın gücündən avtomobil havaya qalxaraq yanakı vəziyyətdə yerə düşüb.

Xəsarət alan sürücü polis əməkdaşları tərəfindən həbs olunub.

Qəza anı təhlükəsizlik kameraları tərəfində qeydə alınıb.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh