İki erməni əsgər avtomobil qəzasına düşdü

Qəzalar 10 Yanvar 2019 20:29 Oxunub 793
İki erməni əsgər avtomobil qəzasına düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində dekabrda avtoqəzalardan xəsarət alaraq hospitala düşənlərin sayı kəskin surətdə artıb. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, altıncı dağ atıcı alayının hərbi qulluqçusu Kaçik Gevorkyan məzuniyyətdə olarkən “Qazel” markalı avtomobildən yıxılaraq xəsarət alıb. Mülki həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra o, hospitala təxliyə olub. Başqa bir məlumatda isə beşinci taborun zabiti Rafael Sahakyanın avtoqəza nəticəsində ağır xəsarət aldığı bildirilir. Zabitin qohumlarının yazdıqlarından məlum olur ki, zabit R.Sahakyan Gorus-Xankəndi yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır yaralanıb. İki gün Gorusda mülki tibb müəssisəsində müalicə olunduqdan sonra o, Ağdərəki hərbi hospitala göndərilib.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh