Qatar və yük maşını toqquşdu: 7 yaralı

Qəzalar 11 Yanvar 2019 10:33 Oxunub 845
Qatar və yük maşını toqquşdu: 7 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza yerində qatar və maşınların hərəkəti müvəqqəti dayandırılıb

Slovakiyanın Çadtsa şəhəri ərazisində sərnişin qatarı ilə yük avtomobili toqquşub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu respublikanın Yanğın Mühafizə İdarəsinin nümayəndəsi Katarina Krijanova deyib. "Qatar və Çexiyadan gələn yük maşınının toqquşması siqnalizasiyalı dəmiryolu keçidində baş verib. Qəzadan sonra qatarın vaqonları relsdən çıxıb və yanı üstə yerə düşüb", - deyə "Hlavne Spravy" onun sözlərini sitat gətirib. İlkin məlumata görə, qatarın 6 sərnişini və yük maşınının sürücüsü yaralanıb. Hazırda hadisə yerində yanğınsöndürənlən və polis işləyir. Qəza yerində qatar və maşınların hərəkəti müvəqqəti dayandırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh