"Toyota" 1,7 milyondan çox avtomobilini geri çağırır

Avtoxəbər 11 Yanvar 2019 23:46 Oxunub 1432
"Toyota" 1,7 milyondan çox avtomobilini geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müxtəlif modellərdə istifadə olunan bu cür inflyatorlar indiyədək dünyada 23 nəfərin ölümünə səbəb olub

"Toyota" şirkəti "Takata" hava təhlükəsizlik yastıqlarını əvəz etmək üçün dünyanın bütün ölkələrindən 1,7 milyondan çox, o cümlədən ABŞ-dan 1,3 milyon avtomobilini geri çağıracağını bəyan edib. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, "Takata" hava təhlükəsizlik yastıqlarında aşkar olunmuş potensial təhlükə bir çox avtomobil istehsalçısını milyonlarla avtomobili geri çağırmağa vadar edib. Məlum olub ki, bu hava təhlükəsizlik yastıqları qəza olmayan normal şəraitdə partlaya və üzərindəki metal hissələri bütün salona yaya bilər. Bu, sərnişinlərin və sürücünün ağır xəsarət alması, hətta ölümü ilə nəticələnir. Əsas problem sürücünü yanında oturan sərnişinin istifadəsi üçün nəzərdə tutulan təhlükəsizlik yastığındadır. Bu yastıq nasaz inflyatorla təchiz olunub. "Takata" hava yastıqlarının şişirdilməsi üçün kimyəvi ammonium nitratdan istifadə edir, lakin bu maddə istinin və rütubətin təsirindən korlana və partlayışın qarşısını almaq üçün nəzərdə tutulan metal kanistri parçalayan güclü partlamaya gətirib çıxara bilər. Tədqiqatlara görə, müxtəlif modellərdə istifadə olunan bu cür inflyatorlar indiyədək dünyada 23 nəfərin ölümünə səbəb olub.

"Toyota"nın geri çağıracağı modellər arasında "4Runner" (2010-2016), "Corolla" (2010-2013), "Matrix" (2010-2013), "Sienna" (2011-2014), həmçinin "Lexus: ES 350" (2010-2012), "GX 460" (2010-2017), "IS 250C" (2010-2015), "IS 350C" (2010-2015), "IS 250" (2010-2013), "IS 350" (2010-2013), "IS-F" (2010-2014) və "Scion XB" (2010-2015) avtomobilləri var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh