Quba-Xaçmaz yolundakı dəhşətli qəzanın səbəbi AÇIQLANDI

Qəzalar 11 Yanvar 2019 10:47 Oxunub 862
Quba-Xaçmaz yolundakı dəhşətli qəzanın səbəbi AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Əmin olun ki, qanunun tələblərinə riayət etməklə qəzalardan yayınmaq mümkündür"

Dünən səhər saat 09-00 radələrində Quba-Xaçmaz avtomobil yolunun 7-ci kilometrliyində hərəkətdə olan "VAZ 21010" markalı avtomobil yolda sürüşərək qarşıdan gələn "Ford" markalı avtomobilə çırpılıb. Nəticədə, "VAZ 21010" markalı avtomobildə olan 3 sərnişin dünyasını dəyişib, sürücü isə xəsarət alıb.

Baş DYP İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Avtosfer.az-a deyib ki, hadisəsi "VAZ 21010" markalı avtomobilin sürücüsünün yolun sürüşkən olmasını nəzər almaması, qarşıdan gələn avtomobillə ara məsafəsini və sürət həddini düzgün seçməməsi nəticəsində baş verib.  "Araşdırma zamanı o da müəyyən edilib ki, "VAZ 21010" markalı avtomobilin təkərlərinin şinləri mövsümə uyğun olmayan və müvafiq texniki göstəricilərə cavab verməyən vəziyyətdə olub.

Baş DYP İdarəsi bu hadisəni nəzərinizə çatdırmaqla bir daha sürücülərə qış mövsümü ilə əlaqədar olaraq nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmalarını, avtomobillərinin texniki sazlığına, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrinin, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələrini tövsiyə edir. Əmin olun ki, qanunun tələblərinə riayət etməklə və müsbət təcrübədən yararlanmaqla qəzalardan yayınmaq mümkündür".

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh