Quldurluq edən şəxs tutulub - Bərdədə
Gündəm 11 Yanvar 2019 11:36 83 dəfə oxunub
Quldurluq edən şəxs tutulub - Bərdədə
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır

Bərdə rayonunda quldurluq edən şəxs tutulub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayon sakini Əhmədov Rəşad Fəxrəddin oğlu Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, yaşadığı binanın qarşısında tanımadığı şəxs ona bıçaqla hədə qorxu gələrək 300 manat dəyərində telefonunu əlindən alıb.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Quluzadə saxlanıb. O, ödədiyi əməli etiraf edib.

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh