Axtarışa verilən qadın qəza törətdikdən sonra tapıldı – FOTO

Avtodünya 11 Yanvar 2019 11:50 Oxunub 1599
Axtarışa verilən qadın qəza törətdikdən sonra tapıldı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil təxminən 15 metr hündürlükdən dərəyə aşıb

Türkiyənin Zonquldak əyalətində bir müddət Özləm Ü.,-dən xəbər ala bilməyən yaxınları, Rayon Polis Şöbəsinə müraciət ediblər. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları axtarış işlərinə davam edərkən, Kozlu rayon Uzungüney istiqamətində bir avtomobil təxminən 15 metr hündürlükdən dərəyə aşdığı xəbəri alan xilasetmə və tibb əməkdaşları əraziyə gediblər.

Qəza törədən avtomobildən öz imkanları ilə çıxdığı öyrənilən qadın sürücüyə ilikin tibbi yardım göstərilib.

Polisin şəxsiyyət yoxlaması zamanı, qadın sürücünün itkin düşmüş Özləm Ü. olduğu məlum olub.

Tibb əməkdaşları yaralını əyalət xəstəxanaların birinə aparıblar. Onun vəziyyətinin yaxşı olduğu bildirilib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh