Qanunsuz odlu silah-sursat gizlədən şəxs saxlanılıb
Gündəm 11 Yanvar 2019 12:53 182 dəfə oxunub
Qanunsuz odlu silah-sursat gizlədən şəxs saxlanılıb
Faktla bağlı cinayət işi başlanılıb

Tərtər rayonunda qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 10-da qanunsuz silah-sursat saxlayan rayon sakini Zöhrab Qəhrəmanov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində yerləşən yardımçı tikilidən qanunsuz olaraq saxladığı 1 ədəd 7.62 kalibrli “Kalaşnikov” avtomatı, 2 ədəd sandıq və 7.62 kalibrli 625 ədəd döyüş patronları, eləcə də 1 ədəd Toz-8 markalı tüfəng aşkar edilərək götürülüb. Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub. Faktla bağlı Tərtər RPŞ-də istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh