Ötən gün baş verən yol qəzalarında – 5 ölü, 4 yaralı
Gündəm 11 Yanvar 2019 13:05 174 dəfə oxunub
Ötən gün baş verən yol qəzalarında – 5 ölü, 4 yaralı
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 10-da ölkədə 132 cinayət baş verib, onların da 28-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətinaçılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh