Evdən 7 min manatlıq qızıl əşyalar oğurlanıb
Gündəm 11 Yanvar 2019 15:13 142 dəfə oxunub
Evdən 7 min manatlıq qızıl əşyalar oğurlanıb
Oğurluqda şübhəli bilinən kənd sakini Hüseyn Binəliyev saxlanılıb

Şabranda evdən 7 min manatlıq qızıl əşyalar oğurlanıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimli kəndindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakini Hüseyn Binəliyev saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 3-də 1 həyətyanı sahədən məişət əşyaları və ərzaq məhsulu oğurlaması da müəyyən edilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh