1 nəfəri öldürüb, 10 nəfəri yaralayan sürücü azadlığa buraxılıb
Gündəm 11 Yanvar 2019 16:51 368 dəfə oxunub
1 nəfəri öldürüb, 10 nəfəri yaralayan sürücü azadlığa buraxılıb
İş üzrə məhkəmənin növbəti iclası fevralın 28-nə təyin olunub

Gürcüstan paytaxtı Tbilisinin Çavçavadze prospektində bir azərbaycanlının ölümü, 10-nun isə xəsarət alması ilə nəticələnən yol qəzası törədən təcili tibbi yardım maşınının sürücüsü Şarden Onianinin işi üzrə məhkəmə iclası keçirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, sürücü 5 min lari girov müqabilində azadlığa buraxılıb.

Şarden Onianinin vəkili bildirib ki, qrip virusu ilə bağlı təcili tibbi yardıma çağırışların sayı artıdğından müdafiə etdiyi şəxs həddindən artıq yorğun ola bilərdi. O, sürücünün fizioloji vəziyyətinin yoxlanılması məqsədilə ekspertizanın keçirilməsini tələb edib.

İş üzrə məhkəmənin növbəti iclası fevralın 28-nə təyin olunub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh