DYP-nin Şəkidə 2019-cu ildə ilk maarifləndirmə işi - FOTO

Yol polisi 12 Yanvar 2019 08:58 Oxunub 1178
DYP-nin Şəkidə 2019-cu ildə ilk maarifləndirmə işi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəki şəhəri, 21 saylı tam orta məktəbdə tədbir keçirilib

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inpektoru, polis baş leytenantı Tural Niftalıyev uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə rayonun ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

Cari ilin ilk tədbiri, 10 yanvar 2019-cu il tarixdə Şəki şəhəri, 21 saylı tam orta məktəbdə keçirilib.

Yeni təqvim ilində, ilk maarifləndirici tədbirin məhz Şəki şəhəri 21 saylı tam orta məktəbdə keçirilməsinin məqsədinin, bu məktəbin Şəki-Oğuz şosesində, yolun hərəkət hissəsinə çox yaxın yerləşməsi, həmin ərazidə hərəkətin intensivliyinin yüksək olması, şagirdlərin yol hərəkəti qaydalarının öyrənilməsinə və əməl edilməsinə daha ciddi yanaşmalarını zəruri etməsi xüsusi vurğulanıb.

Şagirdlərə piyadanın vəzifələri barədə ətraflı məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Polis baş leytenantı Tural Niftalıyev, məktəbin direktoru Eldəniz Sadıqova, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai siniflər üçün dərs vəsaiti olan “Yol Hərəkətinin Əlifbası” kitabını hədiyyə edib.

Tədbirin yekununda, məktəbin direktoru Eldəniz Sadıqov, bu cür maarifləndirici tədbirin keçirilməsinə görə, təbliğat və təşviqat üzrə inpektor, polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh