Xalq artistindən maşında diri-diri yanan oğlu ilə bağlı açıqlama: “Allah təala verəndə yaxşıdır, alanda pis?”

Qəzalar 12 Yanvar 2019 13:12 Oxunub 1428
Xalq artistindən maşında diri-diri yanan oğlu ilə bağlı açıqlama: “Allah təala verəndə yaxşıdır, alanda pis?”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Verən də Allahdır, alan da. Allahın işinə qarışmıram”

79 yaşlı xalq artisti Teymur Mustafayev (Teymur əmi) avtomoblində müəmmalı şəkildə yanan oğlunun ölümü ilə bağlı 12 il sonra ilk dəfə danışıb.

Avtosfer.az Milli.Az-a istinadla xəbər verir ki, Teymur əminin oğlu Bakıxan Mustafayevin faciəvi ölümü ilə bağlı illər sonra "5/5″də verdiyi açıqlama aparıcı Zaur Kamalı da təəccübləndirib.

Teymur əmi övlad itkisi ilə bağlı bunları deyib:

"Allah təala verəndə yaxşıdır, alanda pis? Verən də Allahdır, alan da. Allahın işinə qarışmıram”.

Xatırladaq ki, xalq artisti Teymur Mustafayevin oğlu Bakıxan Mustafayev 2007-ci ildə özünə məxsus "VAZ 2110” markalı avtomobilin içərisində Bakı-Astara yolunun 75 kilometrliyində diri-diri yanaraq həlak olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh