12 nəfər bir maşına minib avtoxuliqanlıq etmək istədilər - ÖLÜMCÜL QƏZA

Qəzalar 12 Yanvar 2019 14:11 Oxunub 983
12 nəfər bir maşına minib avtoxuliqanlıq etmək istədilər - ÖLÜMCÜL QƏZA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ilkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub

İranın Kirman vilayətinin Rabor-Hənza yolunda qəza baş verib. Qəzaya uğrayan "Peugeot 405" markalı avtomobil 12 nəfər olub.

Unikal.org-un məlumatına görə,  hadisə ilə bağlı məlumat verən  Kirman vilayətinin Rabor rayonu hüquq-mühafizə orqanının rəisi, polkovnik Həmid Nasiri qəza nəticəsində 2 nəfər öldüyünü, 9 nəfər yaralandığını açıqlayıb. 

Rəisin  sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb. Yaralıların Əfqanıstan vətəndaşları olduğu deyilir. 

Hadisə ilə bağlı araşdırma aparılır, ilkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh