Sürücüləri hansı hallarda "səfehlər üçün test" keçməyə göndərirlər?

Maraqlı 12 Yanvar 2019 23:15 Oxunub 1160
Sürücüləri hansı hallarda "səfehlər üçün test" keçməyə göndərirlər?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Adətən bu cür müayinəyə sərxoş vəziyyətdə sükan arxasında əyləşənləri göndərirlər

Almaniyada bəzi avtomobil həvəskarları parklama nəzarətçilərinə qarşı "müharibə"ni böyük "igidlik" hesab edirlər. Onlar müəyyən yerlərdə, məsələn öz restoranının yaxınlığında, piyadalar üçün nəzərdə tutulan zonada avtomobillərin parklanmasının qadağan olunmasını əsassız hesab edərək, öz maşınlarını bilərəkdən və nümayişkaranə şəkildə məhz həmin yerlərdə saxlayırlar.

Avtosfer.az Azərtac-a istinadən bildirir ki, belə hallarda nəzarətçilər həmin sürücülər üçün adətən sadə, sonra isə ikiqat məbləğdə cərimə çekləri yazırlar. Lakin avtomobil həvəskarları bu cərimələri ödəməyə tələsmir və istədikləri ictimai yerdə parklama etmək hüququnu sübut etməyə çalışaraq nəzarətçiləri məhkəməyə verirlər. Sürücü xüsusilə inadkarlıq etdikdə onu xalq arasında "səfehlər üçün test" (Idiotentest) deyilən tibbi-psixoloji müayinə keçməyə göndərirlər. Adətən bu cür müayinəyə sərxoş vəziyyətdə sükan arxasında əyləşənləri göndərirlər. Lakin parklama qaydalarını mütəmadi surətdə və inadkarlıqla pozan sürücülər də risk edirlər: onları da bu cür test keçməyə göndərə bilərlər. Belə şəxslərə sürücülük hüququndan məhrum edilmə cəzası tətbiq oluna bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh