Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları alacaq

Texnologiya 12 Yanvar 2019 18:48 Oxunub 1232
Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları alacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə Ukrayna Prezidenti özünün "Facebook" səhifəsində məlumat verib

Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları (PUA) alacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Petro Poroşenko şənbə günü özünün "Facebook" səhifəsində məlumat verib. Onun sözlərinə görə, Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal olunacaq 6 ədəd “Bayraktar TB2” tipli dron qarşıdakı bir il ərzində sifarişçiyə çatdırılacaq.

“Bayraktar TB2” tipli dronların müasir standartlara uyğun gələrək həm müşahidə və kəşfiyyat, həm də döyüş məqsədilə istifadə üçün yararlı olduğu bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh