“Lamborghini”dən yeni “Huracan Evo” modeli - FOTO

Avtoxəbər 12 Yanvar 2019 21:15 Oxunub 1376
“Lamborghini”dən yeni “Huracan Evo” modeli - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin maksimal sürəti isə 325 km/saatdır

“Lamborghini” şirkəti “Huracan” idman avtomobilinin yeni modelini təqdim edib. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, “Huracan Evo” modelinin ön bamperi və arxa diffuzoru yenilənib, səsboğuculara “əl gəzdirilib”. Bundan başqa yeni model 20 düymlük disk və “Pirelli P Zero” şinləri ilə təchiz edilib. Aerodinamik göstəricilər isə “Huracan” modeli ilə müqayisədə beş dəfə daha effektivdir. “Huracan Evo”nun mühərriki “Performante”dəndir. V obrazlı, 10 silindirli, 5.2 litr həcmli titan klapanlı mühərrik 640 at gücü hasil edir. Yeni modelin çəkisi 1422 kq-dır.

Tam ötürücülü sueprkar 100 km/saat sürəti cəmi 2.9 saniyəyə əldə edir. İtalyan maşını 200 km/saat sürəti isə cəmi 9 saniyəyə yığır. 100 km/saat sürətlə hərəkət edən avtomobilin əyləc məsafəsi cəmi 31.9 metrdir. Maksimal sürət isə 325 km/saatdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh