İki avtomobil toqquşdu: yaralılar var - FOTO

Qəzalar 13 Yanvar 2019 10:44 Oxunub 836
İki avtomobil toqquşdu: yaralılar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır

Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir neçə nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə H.Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı, "99 KM 173" dövlət nömrə nişanlı avtomobillə "VAZ-21011" markalı, "54 BH 327" dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 3 nəfər, Şirvan sakinləri - 1970-ci il təvəllüdlü Füzuli İbrahimov, 1972-ci il təvəllüdlü Azər Şəmiyev, habelə 1984-cü il təvəllüdlü Qismət Əliyev xəsarət alıblar. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. F.İbrahimov, A.Şəmiyev xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Q.Əliyev isə ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh