Şəmkirdə yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub

Qəzalar 13 Yanvar 2019 10:50 Oxunub 932
Şəmkirdə yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın baş vermə səbəbləri araşdırılır

Şəmkirdə baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, qəza zamanı xəsarət alanlar - Şəmkir rayon sakinləri, Səfərova Pəri Səməndər qızı, onun övladı, 2018-ci il təvəllüdlü Səfərli Əli Babək oğlu, 1969-cu il təvəllüdlü Sadıqov Ceyhun Ramiz oğlu və 1976-cı il təvəllüdlü Sadıqova Raya Sərdar qızıdır. P.Səfərovanın vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə aparılıb. Digər yaralıların vəziyyəti orta-ağır və qənaətbəxş, körpənin isə vəziyyətinin yaxşı olduğu bildirilir. Qəzanın baş vermə səbəbləri araşdırılır.

***22:24

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Şəmkir şəhərində, 2-ci küçə ərazisində baş verib. İlkin məlumata görə, qəza zamanı aralarında körpə də olmaqla, dörd nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır olduğundan Gəncə şəhərindəki özəl xəstəxanaların birinə göndərilib. Hazırda onların adları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh