Hərbi Dəniz Qüvvələrinin istifadəsinə “Fateh” adlı yeni sualtı qayıq veriləcək

Texnologiya 13 Yanvar 2019 22:45 Oxunub 1305
Hərbi Dəniz Qüvvələrinin istifadəsinə “Fateh” adlı yeni sualtı qayıq veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağırlığı 527 ton olan sualtı qayıq 250 metr dərinlikdə saatda 25,9 kilometr üzmək imkanına malikdir

İranın Hərbi Dəniz Qüvvələrinin istifadəsinə “Fateh” adlı yeni sualtı qayıq veriləcək. Yanvarın 29-da istismara veriləcək qayıq tamamilə İranın milli istehsalıdır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən İranın Hərbi Dəniz Qüvvələri komandanı admiral Hüseyn Hanzadə qayığın Atlantık okeanına göndəriləcəyini bildirib.

Admiral qeyd edib ki, ağırlığı 527 ton olan sualtı qayıq 250 metr dərinlikdə saatda 25,9 kilometr üzmək imkanına malikdir. Bundan başqa yeni qayıq təchiz olunan elektron cihazlarla suyun altından yerin üzərindəki hədəfləri vura bilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh