Sərxoş sürücü yaralı sürücüyə köməyə gedənləri vurdu: 2 ölü, 3 yaralı - FOTO

Qəzalar 13 Yanvar 2019 15:25 Oxunub 1600
Sərxoş sürücü yaralı sürücüyə köməyə gedənləri vurdu: 2 ölü, 3 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə ilə bağlı araşdırma aparırı

Türkiyənin Konya əyalətində aşan yük maşınının yaralı sürücüsünə köməyə gedən vətəndaşlara, içkili sürücünün idarəetməsindən çıxan avtomobilin çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, digər sürücülərin xəbəri ilə hadisə yerinə çox sayda tibb və polis briqadaları cəlb edilib.

Yaralılar qəza yerinə gələn təcili tibbi yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına aparılıblar. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Qəzadan sonra aparılan yoxlama zamanı iki nəfərin ölümünə səbəb olan sürücünün içkili olduğu müəyyən edilib və O, həbs olunub.

Polis hadisə ilə bağlı araşdırma aparırı.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh