Taksi sürücüsü ilə polis arasında insident: 2 polis zabiti yaralandı - FOTO

Avtosfer Foto 13 Yanvar 2019 16:17 Oxunub 2138
Taksi sürücüsü ilə polis arasında insident: 2 polis zabiti yaralandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza ilə bağlı araşdırmalara başlanılıb

İstanbulun Qaziosmanpaşa rayonunda polisin “Dayan” əmrinə tabe olmayan taksi sürücüsü ilə yol polis əməkdaşları arasında baş verən insident qəza ilə nəticələnib. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziosmanpaşa rayonundan başlayan polis təqibi Bayrampaşa və Zeytunburnu ərazilərində də davam edib. Fatih rayon girişində gözləyən asayiş polis briqadalarının da daxil olduğu qaçdı-qovdu, taksi ilə iki polis maşınının qəza törətməsi ilə sona çatıb. Qəzada iki polis zabiti xəsarət alıb. Əraziyə 112 Təcili Tibb əməkdaşları ilə birlikdə çox sayda polis briqadaları da cəlb edilib.

Hadisədə iştirakı olduğu iddia edilən və taksinin içində olan bir şəxs həbs edilib. Taksi sürücüsü isə hadisə yerindən qaçıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb. Polis əməkdaşları qaçan taksi sürücüsünün yaxalanması istiqamətində axtarış-əməliyyat tədbirləri aparır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh