Bakıya gələn taksidəkilər dəhşət yaşadı - ÖLƏNLƏR VAR

Qəzalar 13 Yanvar 2019 19:15 Oxunub 2317
Bakıya gələn taksidəkilər dəhşət yaşadı - ÖLƏNLƏR VAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Meyitlər deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib

Bakıda ağır yol qəzası baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Qaradağ rayonunda “Daewoo” markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1957-ci il təvəllüdlü Qəniyev İsrail Əvəz oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

***

Bu gün günorta saatlarında Bakı-Qazax yolunun 36,5 km-də ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, Salyan rayonunun “Qalalı” massivində yaşayan İsmayıl adlı şəxsin idarə etdiyi “Daewo Gentra” markalı, 99 AJ 680 dövlət nömrə nişanlı taksi dörd nəfər sərnişinlə Bakıdan qayıdarkən ağır qəzaya uğrayıb. Hadisə nəticəsində avtomaşının sürücüsü və 60 yaşlarında bir sərnişin qadın hadisə yerində dünyasını dəyişib. Daha bir sərnişin qadın və iki uşaq isə ağır xəsarətlər alıb. Maşında sıxılıb qalmış cəsədlər və yaralılar hadisə yerinə gəlmiş FHN-in xilasediciləri tərəfindən çıxarılıb. Əldə etdiyimiz məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Daewo Gentra” əvvəlcə yolun sol kənarı ilə asta sürətlə hərəkətdə olan yol təmizləyən maşına dəyib və bu zaman idarəetməni itirərək sağında irəliləyən “KamAZ”ın təkərləri arasına düşüb. Nəticədə “KamAZ” taksinin üstündən keçib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, qəzaya uğrayanların şəxsiyyəti müəyyən olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh