Bunun adı insafsızlıqdır... – Jurnalist etiraz etdi

Gündəm 14 Yanvar 2019 09:19 Oxunub 7036
Bunun adı insafsızlıqdır... – Jurnalist etiraz etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ona görə də taksi şirkətlərinin qabağı belə maşınlarla doludur

“Azərbaycanda yığılan "Xəzər" maşınları, "Lada" və "Ravon" kimi müxtəlif avtomobillər demək olar ki, ancaq taksi şirkətlərindədir. Satışı isə çox insafsız şəkildə aparılır.” Avtosfer.az xəbər verir ki, bu sözləri Facebook hesabında jurnalist İlkin Muradov yazıb. O, təqdim etdiyi fotodakı “Xəzər” markalı avtomobil barədə bunları yazıb:

“Məsələn, fotoda gördüyünüz "Xəzər"in maşını günlük 25 manata verilir. 4 il sonra isə maşın sənin olur. 4 ildə 36500 manat ödəniş eləməlisən. A kişi, bu maşının heç 15-17 min dəyəri yoxdur. Bir də ki, bunu alan yetim nə qazanacaq ki, gündəlik 25 manat kredit+benzin+xidmət haqqi ödəsin? Hələ maşının öz xərcini demirəm... insaf yaxşı şeydir. Ona görə də taksi şirkətlərinin qabağı belə maşınlarla doludur.”

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh