Bakıda yol polisinin binası bir aydan sonra belə oldu - FOTOLAR - VİDEO

Yol polisi 14 Yanvar 2019 22:55 Oxunub 5772
Bakıda yol polisinin binası bir aydan sonra belə oldu - FOTOLAR - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabunçu rayon DYPŞ-nin yeni rəisi Hafiz Məmmədov binanı əsaslı təmir etdirib

Bakının daha bir yol polisi şöbəsinin binasının görkəmi dəyişib. Avtosfer.az xəbər verir ki, söhbət Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsindən gedir. Şöbənin yeni rəisi, polis mayoru Hafiz Məmmədov bir ay ərzində binanı əsaslı təmir etdirib. Artıq təmir işləri başa çatıb və DYP Şöbəsi vətəndaşların xidmətindədir. Binanın ümumi görünüşü elə dəyişib ki, bura yolu düşənlər çaş-baş qalır. Yeni asfaltlanmış həyətdə müxtəlif dekorativ güllər və ağaclar əkilib, darvaza yenilənib. Binanın üzü aqlay daşlarla tam yenilənib, dam örtüyü dəyişdirilib, binanın üstündə Azərbaycan bayrağı dalğalanır.
DYP Şöbəsinin həyətində vətəndaşlar üçün gözləmə zalı tikilib, otaqda istilik və soyutma sistemi yaradılıb, televizor quraşdırılıb. Bundan başqa, binanın həyətındə sanitar qovşaq tam yenilənib. Şöbənin elektrik sistemi də dəyişib və ehtiyyat üçün yeni generator quraşdırılıb ki, bununla da bina fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilir. Səhər və axşam keçirilən sıra düzülüşündə əməkdaşların rahatlığını təmin etmək üçün xüsusi şərait yaradılıb.
Binanın daxilində də əməkdaşlar üçün yüksək səviyyədə şərait yaradılıb, bütün otaqlar təmir edilib, sanitar otaq və mətbəx tikilib, yanğın təhlükəsizliyi müasir standartlara uyğun təmin edilib. 

Sabunçu DYPŞ-də elektron qərarlar və inzibati protokollar üçün arviz otaqları da yaradılıb. Burada fasiləsiz rabitə və internet xidməti mövcuddur.
Şöbənin foyesində Ulu öndər Heydər Əliyevin xatirə lövhəsi, Prezident İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğını əks etdirən guşə yaradılıb.
Ümid edirik ki, hər cür şərait yaradılmış yeni binada yol hərəkəti təhlükəsizliyi üçün xeyli işlər görüləcək, vətəndaşların məmnunluğu təmin ediləcək.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh