İranda "Boeing-707" təyyarəsi qəzaya uğrayıb, ölənlər var – FOTO

Qəzalar 14 Yanvar 2019 10:43 Oxunub 759
İranda "Boeing-707" təyyarəsi qəzaya uğrayıb, ölənlər var – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır

İranda “Boeing-707” tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə yanvarın 14-də ölkə paytaxtı Tehran yaxınlığında yerləşən Kərəc şəhərinin Zibadəşt rayonu ərazisində baş verib. İlkin məlumata görə, qəza nəticəsində 10 nəfərə yaxın şəxs ölüb. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

***

Təyyarə Qırğız Respublikasının paytaxtı Bişkekdən İranın Əlborz əyalətində yerləşən Peyam hava limanına uçurmuş. Məlumata görə, pilotun idarəetmədə yanlışlığa yol verməsi nəticəsində təyyarə Kərəc şəhərinin Feth hava limanına enməyə məcbur olub. Pilot eniş edərkən, təyyarəni hava limanın divarlarına çırıpıb. Göyərtəsində 10 nəfərlik heyət olan təyyarənin aeroport yaxınlığındakı evlərə də çarpıldığı barədə məlumat yayılıb.Hadisə yerinə helikopterlə xilasediclər göndərilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh