Yolu keçmək istəyən piyadanı biri vurdu, o biri də üstündən keçdi - FOTO

Qəzalar 14 Yanvar 2019 11:33 Oxunub 1354
Yolu keçmək istəyən piyadanı biri vurdu, o biri də üstündən keçdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gunnar Ove Kortsenin meyiti isə morqa aparılıb

Antalyada yolu keçmək istəyən piyadanı avtomobil vurub, arxadan gələn digər maşında üstündən keçib. Avtosfer.az Türkiyə mətbuatına istinədən xəbər verir ki, sürücüsünün şəxsiyyəti müəyyən edilməyən avtomobil, yolun qarşı tərəfinə keçmək istəyən norveçli Gunnar Ove Kortseni vurub. Avtomobil sürücüsü dayanmayaraq yoluna davam edib. Arxadan gələn Cip-in sürücüsünə isə ərazidəkilərin xəbərdarlığına baxmayaraq, yerdə qalan  Gunnar Ove Kortsenin üstündən keçib.

Çağırılan tibb əməkdaşlarının ilkin tibbi yardımı zamanı məlum olub ki, Kortsen həyatını itirib.

Qaçan sürücünün axtarışlarına başlayan polis, qəza törədən avtomobili Tosmur məhəlləsində tərk edilmiş vəziyyətdə tapıb.

Digər sürücü isə aparılan yoxlama zamanı sərxoş olduğu məlum olub və həbs edilib.

Gunnar Ove Kortsenin meyiti isə morqa aparılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh