Ermənistan hərbçisi yol qəzasında ölüb

Qəzalar 14 Yanvar 2019 11:36 Oxunub 988
Ermənistan hərbçisi yol qəzasında ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya səbəb “VAZ-2107”-nin əks yola çıxması olub

Ermənistanda baş verən yol qəzası nəticəsində bir hərbçi ölüb, iki nəfər yaralanıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, qəza Yerevan-Meğri avtomobil yolunda qeydə alınıb. Karçevan kəndinin sakini X.Gevorkyanın idarə etdiyi “VAZ-2107” markalı “Jiqulu” avtomobili İran dövlət nömrə nişanlı “Volvo” yük maşını ilə toqquşub.

Məlumata görə, qəzaya səbəb “VAZ-2107”-nin əks yola çıxması olub.

Hadisə nəticəsində sürücü, hərbçi X.Gevorkyan hadisə yerində ölüb, iki sərnişin isə yaralanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh