Milyon dollarlıq polis maşınları ilə şou - VİDEO

Avtoxəbər 25 Fevral 2015 18:33 Oxunub 2228
Milyon dollarlıq polis maşınları ilə şou - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Pulumuz var, sizə nə" dedilər möhtəşəm video çəkdilər

Zəngin həyat tərzi ilə göz qamaşdıran Dubay dəbdəbəli yaşamını bir daha göz önünə sərib. Avtosfer.az anspress-ə istinadən məlumat verir ki, bu dəfə polislərin ağılamaz var-dövləti nümayiş etdirilib. "Pulumuz var, sizə nə" deyən Dubay hökuməti yeni polis maşınlarına milyonlarla dollar xərcləyib. Bununla kifayətlənməyən rəsmilər maşınların iştirakı ilə möhtəşəm video çarx hazırlayıblar. Videoçarxda maşınlar gecə saatlarında küçələrdə şütüyürlər. Onlar sıra ilə gedərək sanki meydan oxuyurlar. 

Dubayın polis maşınlarından ibarət qarajında ən bahalı markalar var. Onların arasında artıq istehsalı dayandırılan "Bugatti Veyron", "Ferrari FF", "Bentley Continental", "Mercedes-Benz SLS AMG", BMW M6, "McLaren MP4-12C", "Audi R8" və "Nissan GT-R" yer alıb. 

Qarajın yenilənməsinə 7 milyon dollara yaxın pul xərclənib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh