Yol polisi saxladığı şəxsdən rüşvət alıb buraxdı – 2 polis tutuldu

Yol polisi 14 Yanvar 2019 15:18 Oxunub 1797
Yol polisi saxladığı şəxsdən rüşvət alıb buraxdı – 2 polis tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zafər Coşqun: “Cibimdəki pulları almaları deyil, ən çox pisimə gedən o etdikləri əl hərəkəti oldu”

İzmirdə yol polis əməkdaşlarının şubhələnərək saxladığı avtomobildən, ov tüfəngi ilə tutularaq Polis Şöbəsinə təhfil verilən Zəfər Coşqundan 800 lirə rüşvət alan məmurlar tutulub. Avtosfer.az haberler.com-a istinadən xəbər verir ki, başına gələn hadisəni təhlükəsizlik əməkdaşı olan bir yaxınına danışan Coşqun, “ədliyyə pul cəzası” adı ilə ondan rüşvət alındığını anlayaraq Konak rayon Təhlükəsizlik Müdürlüyünə  gedərək şikayət edib. Hərəkətə keçən İzmir Təhlükəsizlik Soyğunçuluq Bürosu əməkdaşları iki şübhəli polisi həbs ediblər. Görüntülərin araşdırılması zamanı polis Sadıq İ. 800 lirəni rüşvət olaraq aldığı və pulun bir hissəsini digər polis məmuru Erol E.-yə verildiyi məlum olub. Polis Erol E.-nin kameralara düşən görüntüsündə pulu alıb cibinə qoyduqdan sonra orta barmaq hərəkəti də gözdən qaçmayıb. Polis məmurları növbətçi məhkəmənin qərari ilə tutulublar.

Zafər Coşqun isə “Cibimdəki pulları almaları deyil, ən çox pisimə gedən o etdikləri əl hərəkəti oldu” - deyib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh