Xarkovda ağır yol qəzası: 4 nəfər ölüb

Qəzalar 14 Yanvar 2019 16:26 Oxunub 1655
Xarkovda ağır yol qəzası: 4 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya səbəb yolun sürüşkən olması olub

Ukraynanın Xarkov vilayətinin Çuqueva rayonu ərazisində Volkswagen markalı mikroavtobusun Hyundai markalı minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər ölüb.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Polisi məlumat yayıb.

Ölənlər Hyundai avtomobilinin sürücüsü və sərnişinləri olub. İlkin ehtimala görə, qəzaya səbəb yolun sürüşkən olması olub.

Qeyd edək ki, 2018-ci ilin statistikasına əsasən, Ukraynada yol qəzaları hər gün orta hesabla 9-10 nəfərin həyatına son qoyur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh