DİQQƏT! Bakıda bu küçə birtərəfli oldu - FOTO - VİDEO

Avtosfer TV 14 Yanvar 2019 18:12 Oxunub 3163
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İkitərəfli hərəkət sıxlıq yaradır və ətrafdakı binalarda yaşayan insanların narahatlığına səbəb olurmuş

Bu gün Səbail rayonu, Badamdar qəsəbəsində, Tofiq Məmmədov küçəsində ikitərəfli hərəkət ləğv edilib. Artiq bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İdarəsi həmin əraziyə "giriş qadağandır", həmçinin hərəkətin yalnız sola, Nurəddin Paşayev küçəsi istiqamətinə yol nişanları quraşdırıb.

Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyəv Avtosfer.az-a bildirib ki, nişanın quraşdırılması ərazisində yaşayan vətəndaşların müraciətləri əsasında təmin edilib. Aparılan müayinələr onu göstərir ki, həmin ərazidə ikitərəfli hərəkət sıxlıq yaradır və ətrafdakı binalarda yaşayan insanların narahatlığına səbəb olur. Odur ki, sıxlığın qarşısını almaq, səs-küyü azaltmaq üçün birtərəfli hərəkət tətbiq edilib. Dövlət Yol Polisi sürücülərdən edir ki, qaydalara əməl etsinlər və yaxınlıqda olan alternativ yollardan istifadə etsinlər.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh